İlham Əliyev Əlcəzairin xarici işlər nazirini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib.
Əhməd Attaf Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə, Hərəkatın təsisatlanması istiqamətində həyata keçirdiyi işlərə görə təbriklərini çatdırıb.
Dövlət başçısı ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu qeyd edib, Sovetlər Birliyi dövründə çox sayda azərbaycanlı mütəxəssisin Əlcəzairdə fəaliyyət göstərdiyini, bu ölkənin inkişafına öz töhfələrini verdiyini vurğulayıb, eyni zamanda həmin dövrdə Əlcəzairdən olan çox sayda tələbənin də Azərbaycanda təhsil aldığını bildirib.
İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının təsisatlanması çərçivəsində həyata keçirdiyi işlərdən danışıb, ölkəmizin təşəbbüsü ilə bu Hərəkatın gənclər və parlament ölçülərinin yaradıldığını deyib, Azərbaycanın eyni zamanda Qoşulmama Hərəkatı çərçivəsində qadın platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini, sədrlik dövründə bu istiqamətdə də müvafiq tədbirləri həyata keçirəcəyini vurğulayıb.
İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Əlcəzair tərəfinə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycanla Əlcəzair arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEC+ formatında əməkdaşlıq məsələləri müzakirə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
