İlham Əliyev Elnur Bağırovla bağlı sərəncam imzaladı | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Dövlət başçısının Sərəncamı ilə qurumun sədri vəzifəsinə Elnur Şəmistan oğlu Bağırov təyin olunub.
Qeyd edək ki, Elnur Bağırov 2022-ci il dekabrın 16-da agentliyin rəis müavini vəzifəsinə gətirilmişdi. O, 1973-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb. 1995-ci ildən 2021-ci ilədək bir sıra özəl şirkətlərdə fəaliyyət göstərib.
2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib.
Ailəlidir, 2 övladı var.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
