Siyasət
Pleyeri seçin:

İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak etdi

15 iyul 2024

Prezident İlham Əliyev Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına parkda yaradılan şərait barədə məlumat verib.

Bildirək ki, ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində salınıb. 1960-cı illərdə yaxınlıqda metro stansiyasının tikilməsi parka marağı daha da artırıb.

Məlumat verilib ki, şəhərimizin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun olmayan park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib.

Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb. Mühəndis-kommunikasiya xətləri əsaslı şəkildə yenilənən park yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlərlə təmin edilib.

Qeyd edək ki, Nərimanov parkının yenidən qurulması bu il COP29-a ev sahibliyi edəcək Azərbaycanda elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır.

Böyük Britaniyanın Kralı III Çarlz COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevlə görüşdü

Böyük Britaniyanın Kralı III Çarlz COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevlə görüşdü

Siyasət
27 iyul 2024
İrəvan və Ankara arasında görüş razılığı əldə olundu? - Ermənistan XİN-dən açıqlama

İrəvan və Ankara arasında görüş razılığı əldə olundu? - Ermənistan XİN-dən açıqlama

Siyasət
27 iyul 2024
Paşinyandan sərhəd paylaşımı | Armavir vilayətinə səfərinin məqsədi

Paşinyandan sərhəd paylaşımı | Armavir vilayətinə səfərinin məqsədi

Siyasət
26 iyul 2024
Paşinyan dəvəti qəbul edib Azərbaycana gələrsə… | Ekspertlərdən mühüm açıqlama

Paşinyan dəvəti qəbul edib Azərbaycana gələrsə… | Ekspertlərdən mühüm açıqlama

Siyasət
26 iyul 2024
Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? | Qarabağ Xronikası 144-cü buraxılış

Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? | Qarabağ Xronikası 144-cü buraxılış

Siyasət
26 iyul 2024
“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi”

“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi”

Siyasət
26 iyul 2024
Erməni ekspertdən qalmaqallı açıqlama |  Paşinyan COP29-da iştirakdan imtina edərsə…

Erməni ekspertdən qalmaqallı açıqlama | Paşinyan COP29-da iştirakdan imtina edərsə…

Siyasət
26 iyul 2024
Ermənistan müharibəyə belə hazırlaşır? - Qərb bunu bacardı ki...

Ermənistan müharibəyə belə hazırlaşır? - Qərb bunu bacardı ki...

Siyasət
26 iyul 2024
Azərbaycan Somaliyə dəstək verməyə hazırdır | Tələbələrlə bağlı açıqlama

Azərbaycan Somaliyə dəstək verməyə hazırdır | Tələbələrlə bağlı açıqlama

Siyasət
26 iyul 2024
ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama

ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama

Siyasət
26 iyul 2024
Seçilmişlər
icon