İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantino ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.
Əvvəlcə FIFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanan, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlət başçısına təqdim edib.
İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirib. Qonaq da öz növbəsində COP29-a dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını ifadə edib.
Söhbət zamanı Azərbaycanda idmanın bütün növləri kimi futbola da göstərilən dövlət qayğısı qeyd olunub. Dövlət başçısı Canni İnfantinoya ölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanla FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub.
Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə olunub.
#Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) teqi istifadə olunub
- FIFA U-15 turniri Azərbaycan futboluna nə qazandıracaq? - Baku TV
- Dünya çempionatı ilə bağlı qərar FIFA rəhbərini tənqidlərin hədəfinə çevirib
- Dünya Çempionatının kommersiya hüquqları ilə bağlı plan narazılıq yaradıb - Baku TV
- İnfantinonun əleyhdarları sabiq məşqçinin namizəd olmasını istəyirlər
- İnfantinonun reytinqi niyə aşağı düşdü? - Venger FIFA prezidenti ola bilər? - Baku TV
