İlham Əliyev gələcəkdə də idmanın inkişafına dəstək veriləcəyini vəd etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözləyirik. Onlar Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər”.
Bu barədə Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
“Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və bu sahədəki qələbələrin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin onlara aşılanması üçün idman amili çox böyük məna daşıyır.
Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər, qalib ölkə, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır”, – deyə dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- "Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
