İlham Əliyev hərbi qulluqçulara verilən güzəştli ipoteka ilə bağlı fərman imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nı təsdiq edib.
Dövlət başçısı bununla bağlı yeni Fərman imzalayıb, eləcə də bəzi fərmanlarında dəyişiklik edib.
Dəyişikliklərə əsasən, Müdafiə Nazirliyi hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə Nazirlik bir sıra istifadə imkanlarına malikdir.
Bunlara maliyyə dəstəyi göstərilməsi üçün tələb olunan məlumatları almaq, maliyyə dəstəyi göstərilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək, maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə İpoteka və Kredit Zəmanət Fonduna, eləcə də müvəkkil banka məlumat vermək, elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək daxildir.
Müvafiq dövlət qurumlarına fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
