İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib.
Dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) tədbirində iştirakının önəmini qeyd edərək Hissein Brahim Taha ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, İslam həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürünü bildirib.
İki ay əvvəl Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etdiyini vurğulayan dövlət başçısı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını qeyd edib.
Azərbaycanın da daim İslam həmrəyliyi prinsipinə sadiq olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilatın fəaliyyətini dəstəklədiyini, o cümlədən quruma könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.
Azərbaycanın eyni zamanda Qoşulmama Hərəkatına dördillik uğurlu sədrlik etdiyini deyən dövlət başçısı ölkəmizin sədrliyi dövründə təsisat çərçivəsində aparılan fəaliyyətlər barədə də məlumat verib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bu günlərdə Bakıda dekolonizasiya mövzusuna həsr olunmuş mötəbər tədbirlərin keçirildiyini, ölkəmizin bu prosesə öz dəstəyini verdiyini qeyd edərək, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də tarixən müstəmləkəçilikdən əziyyət çəkdiklərini, bu mövzunun təşkilatın gündəliyində saxlanmasının vacibliyini vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
