İlham Əliyev Koreya səfirinin etimadnaməsini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 18-də Prezident İlham Əliyev Koreyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxolun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra dövlət başçısı səfirlə söhbət edib.
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdıran səfir ümummilli lideri Heydər Əliyevin 1985-ci ildə Koreyaya səfərinin məmnuniyyətlə xatırlandığını bildirib. O, Azərbaycanın və Koreyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının vacibliyini vurğulayıb, iki ölkənin parlamentləri, eləcə də Yeni Azərbaycan Partiyası ilə Koreyanın Əmək Partiyası arasında əməkdaşlığın inkişaf etdirilməsinin önəmini qeyd edib.
Sin Xon Çxol Azərbaycanın neft-qaz sahəsində zəngin təcrübəsini nəzərə alaraq, Koreyadan olan tələbələrin Azərbaycanda bu sahədə təhsil almasının vacibliyini diqqətə çatdırıb.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib. Ulu öndər Heydər Əliyevin 1985-ci ildə Koreyaya səfərini xatırladan Prezident İlham Əliyev bu səfərin sonrakı illərdə – ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə Koreya ilə əlaqələrin inkişafına təkan verdiyini qeyd edib.
İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçirilən Zirvə görüşü çərçivəsində Koreyanın yüksək səviyyəli nümayəndə heyəti ilə görüşünü məmnunluqla xatırlayıb, Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təşkilatçılar çərçivəsində ölkələrimiz arasında əlaqələri qeyd edib.
Dövlət başçısı parlamentlər, hakim partiyalar arasında münasibətlərin və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
