İlham Əliyev Məhkəmə-Hüquq Şurasının yubiley konfransının iştirakçılarına müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunub ki, 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib.
“İnsan hüquqlarının müdafiəsinin ən mühüm vasitələrindən biri olan müstəqil məhkəmə sisteminin yaradılması və inkişaf etdirilməsi dövlət siyasətimizin daim diqqət mərkəzindədir.
Hüquq islahatları çərçivəsində 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarəetmə orqanı qismində təsis edilən Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsi baxımından xüsusi rol oynayıb.
Konfransda aparılan müzakirələr məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlara cavabların axtarılmasına, bununla da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcək”, – deyə müraciətdə qeyd olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
