İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Həmişə olduğu kimi, bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib”.
Bu sözləri Prezident İlham Əliyev Münxendə REAL Televiziyasının sualını cavablandırarkən deyib.
“İlk dəfədir ki, mən bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır – əməkdaşlıq, sülh, tərəfdaşlıq. Təbii ki, Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, bizim imkanlarımız, eyni zamanda iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt – yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır”, – deyə dövlət başçısı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyevin Qarabağa səfərindən görüntülər - Baku TV
- Qırğız lideri Cənubi Qafqazın davamlı sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə etdi
- Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilana səfərinə dair videoçarx paylaşılıb
- "Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq" | Prezident - Baku TV
- "Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm" | Kənd sakini - Baku TV
