Pleyeri seçin:

İlham Əliyev OPEC-in baş katibini qəbul edib

19 iyun 2023 613 baxış

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi Haysam Əl-Qaysı qəbul edib.

Haysam Əl-Qays ilk növbədə Səudiyyə Ərəbistanı Krallığının Energetika naziri, Şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şahzadə Əbdül Əziz bin Salman Əl-Səuda çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib. Baş katib vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ formatı yaranan ilk gündən bu əməkdaşlığa böyük töhfə verir və o, buna görə dövlət başçısına minnətdarlığını bildirib.

Eyni zamanda bu gün qlobal neft bazarında OPEC+ formatında fəaliyyətin roluna toxunulub, indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu xüsusi qeyd olunub.

Söhbət zamanı bu gün “fossil” yanacaqlar sahəsində mövcud olan məsələlər müzakirə edilib, gələcəkdə bu sahəyə ayrılan investisiyaların vacibliyi bildirilib. Dünya iqtisadiyyatının artması nəticəsində ümumilikdə enerjiyə çoxalan tələbat nəzərə alınaraq, bu sahəyə son zamanlarda investisiyaların azaldılmasının müəyyən narahatlıq doğurduğu qeyd olunub.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 613 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 613 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 613 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 613 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 613 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 613 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 613 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 613 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 613 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 613 baxış
Seçilmişlər
icon