Pleyeri seçin:

İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak etdi

27 noyabr 2025 303 baxış

Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda "Matanat-A" şirkətinin "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Matanat-A" şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat veriblər.

İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan "Matanat-A" şirkəti barədə məlumat verilib. Bildirilib ki, inşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə "Matanat A" Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.

Ərazisi 10 hektar olan "AZWOOL" mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.

Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb.

Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.

İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - Baku TV

İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - Baku TV

Siyasət
12 mart 2026 303 baxış
İranın şiddətli hücumları fonunda ABŞ və İsrail müharibənin daha təhlükəli mərhələsinə daxil olur?

İranın şiddətli hücumları fonunda ABŞ və İsrail müharibənin daha təhlükəli mərhələsinə daxil olur?

Siyasət
12 mart 2026 303 baxış
Nikol Paşinyan Prezident İlham Əliyevə minnətdarlığını bildirib - Baku TV

Nikol Paşinyan Prezident İlham Əliyevə minnətdarlığını bildirib - Baku TV

Siyasət
12 mart 2026 303 baxış
Antonio Koşta Azərbaycana səfərə gəlib | Donetskin qondarma rəhbəri Putinlə görüşür - YENİ BİR SƏHƏR

Antonio Koşta Azərbaycana səfərə gəlib | Donetskin qondarma rəhbəri Putinlə görüşür - YENİ BİR SƏHƏR

Siyasət
12 mart 2026 303 baxış
İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir | "Azərbaycana təşəkkür edirik" - Baku TV

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir | "Azərbaycana təşəkkür edirik" - Baku TV

Siyasət
12 mart 2026 303 baxış
Daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir | Prezident İlham Əliyev - Baku TV

Daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir | Prezident İlham Əliyev - Baku TV

Siyasət
12 mart 2026 303 baxış
Liderlər arasında telefon danışığı olub - 24 SAAT

Liderlər arasında telefon danışığı olub - 24 SAAT

Siyasət
12 mart 2026 303 baxış
Aİ Şurasının prezidentindən Azərbaycana dəstək - Baku TV

Aİ Şurasının prezidentindən Azərbaycana dəstək - Baku TV

Siyasət
12 mart 2026 303 baxış
"Mənim üçün böyük bir zövqdür" | İsveçrənin İrandakı səfiri Azərbaycana təşəkkür etdi - Baku TV

"Mənim üçün böyük bir zövqdür" | İsveçrənin İrandakı səfiri Azərbaycana təşəkkür etdi - Baku TV

Siyasət
12 mart 2026 303 baxış
Prezident İlham Əliyevin Koşta ilə rəsmi nahar əsnasında görüşü oldu

Prezident İlham Əliyevin Koşta ilə rəsmi nahar əsnasında görüşü oldu

Siyasət
12 mart 2026 303 baxış
Seçilmişlər
icon