Pleyeri seçin:

İlham Əliyev "John Deere" şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti ilə görüşdü

10 dekabr 2025 308 baxış

Prezident İlham Əliyev dekabrın 10-da "John Deere" şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin baş icraçı direktoru Ksaba Leykonu qəbul edib.

Söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanaraq, bu sahənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlər qeyd olunub.

"John Deere" şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyən qonaq əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib, Azərbaycanda pambıqçılıq sənayesi ilə bağlı irəli sürdükləri layihə barədə məlumat verib.

Ksaba Leykon Bakıda şahidi olduğu inkişafın onda dərin təəssürat yaratdığını deyib.

Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, təhsil və təlim mərkəzinin yaradılması suvarma, logistika, pambıq və taxıl istehsalı dəyər zəncirinin rəqəmsallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1837-ci ildə ABŞ-də qurulmuş "John Deere" kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı ilə məşğul olan qlobal miqyasda aparıcı şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət sahələrinə traktor, kombayn, pambıqyığan maşınların istehsalı daxildir. Ötən il ümumi gəliri 52 milyard ABŞ dollarına yaxın olan "John Deere"in 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.

Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Siyasət
05 sentyabr 2026 308 baxış
“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

Siyasət
05 sentyabr 2026 308 baxış
Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Siyasət
05 sentyabr 2026 308 baxış
Corcia Meloni "X" sosial media hesabında paylaşım edib - Baku TV

Corcia Meloni "X" sosial media hesabında paylaşım edib - Baku TV

Siyasət
05 sentyabr 2026 308 baxış
İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib - Baku TV

İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib - Baku TV

Siyasət
04 sentyabr 2026 308 baxış
Avropa Ermənistanı Rusiyanın əlindən ala biləcək? - AKTUAL GÜNDƏM

Avropa Ermənistanı Rusiyanın əlindən ala biləcək? - AKTUAL GÜNDƏM

Siyasət
04 sentyabr 2026 308 baxış
Hörmüzlə bağlı yeni xəbər | Paşinyandan açıqlama | Berlin-Moskva savaşı başlayır? - YENİ BİR SƏHƏR

Hörmüzlə bağlı yeni xəbər | Paşinyandan açıqlama | Berlin-Moskva savaşı başlayır? - YENİ BİR SƏHƏR

Siyasət
04 sentyabr 2026 308 baxış
MEDİA-dan əsassız iddialarla bağlı bəyanat - Baku TV

MEDİA-dan əsassız iddialarla bağlı bəyanat - Baku TV

Siyasət
04 sentyabr 2026 308 baxış
Simonyan Kərki və digər kəndlərin təhvil verilməsi məsələsinə münasibət bildirdi - ANA XƏBƏR

Simonyan Kərki və digər kəndlərin təhvil verilməsi məsələsinə münasibət bildirdi - ANA XƏBƏR

Siyasət
03 sentyabr 2026 308 baxış
Avropada yeni cəbhə açılır? - Berlin-Moskva gərginliyi müharibə ilə nəticələnə bilər? - Baku TV

Avropada yeni cəbhə açılır? - Berlin-Moskva gərginliyi müharibə ilə nəticələnə bilər? - Baku TV

Siyasət
03 sentyabr 2026 308 baxış
Seçilmişlər
icon