İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Dövlət başçısı bununla bağlı tviterdə paylaşım edib.
Azərbaycan Prezidentinin paylaşımında qeyd olunub: “Təşəkkür edirəm, əziz qardaşım. Amin! “Togg” Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir”.
Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Prezident İlham Əliyevə təqdim olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə bununla bağlı paylaşım edərək xoş arzularını bildirib. Türkiyə liderinin təbrik tvitində qeyd olunub: “Qardaşım İlham Əliyev də Türkiyənin qüruru “Togg”u təhvil aldı. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi nəsib etsin, qardaşım”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
