İlham Əliyev Rəisinin ölümü ilə bağlı Xameneiyə başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib.
Başsağlığı məktubunda deyilir:
“Möhtərəm Ayətullah Xameneyi həzrətləri, dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki – İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Bu hüznlü gündə uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyir, kədərinə şərik olduğumuzu bildirir, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
