İlham Əliyev Rusiya şirkətlərinin Qarabağda gördüyü işlərdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən, uşaq bağçasının tikintisinə başlanılıb. O bu yaxınlarda bizi ziyarət etdi, həmçinin bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda oldu. Beləliklə, biz bu cür diqqətə görə çox minnətdarıq”.
Bu fikirləri Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində söyləyib.
“Bərpa işlərində mal və xidmətlərin tədarükçüsü qismində iştirak edən bir neçə Rusiya şirkəti var, həmçinin rusiyalı iş icraçıları da mövcuddur, amma deyərdim ki, onların sayı çox deyil. Zənnimcə, onların sayı daha çox ola bilər, çünki bərpa işlərinin miqyası kifayət qədər genişdir və bu indi infrastruktur layihələrini, yolları, dəmiryol tunellərini, körpüləri əhatə edir, yəni bu sahədə yaxşı təcrübəsi olan çoxlu sayda Rusiya şirkəti var”, – deyə dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
- Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV
