İlham Əliyev Şimali Kipr Prezidentini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 14-də Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.
Görüşdə türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə olunub.
Bu xüsusda səmərəli platforma kimi Türk Dövlətləri Təşkilatının rolunu xüsusi qeyd edən Azərbaycan Prezidenti türk dünyası xalqlarının bundan sonra da müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı Azərbaycanın həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacağını qeyd edib.
Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
