İlham Əliyev Tacikistanın səfirinin etimadnaməsini qəbul edib
Avqustun 18-də Prezident İlham Əliyev Tacikistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra dövlət başçısı səfirlə söhbət edib.
İlham Əliyev Azərbaycanla Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayıb, hökumət üzvləri, parlamentlər, ictimai təşkilatlar xətti ilə daim təmasların və qarşılıqlı səfərlərin həyata keçirildiyini deyib.
İlham Əliyev Tacikistana dövlət səfərini məmnunluqla xatırlayıb, səfər çərçivəsində aparılmış müzakirələr zamanı müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini bildirib. Dövlət başçısı Tacikistana səfəri zamanı bu ölkənin və Düşənbənin inkişafının şahidi olduğunu deyib.
Azərbaycan Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün bir çox təşəbbüslərin olduğunu diqqətə çatdırıb, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın və Tacikistanın regionları arasında əməkdaşlığın və şəhərlərarası birbaşa əlaqələrin yaradılmasının vacibliyini bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
- Prezident BMT qətnamələrinin icrası üçün mexanizmin vacibliyini vurğulayıb - Baku TV
- Qələbə qazanmaq və sülhə nail olmaq | Azərbaycanın nümunəvi yolu - Baku TV
