İlham Əliyev TDT-nin Qəbələ sammitində hərbi əməkdaşlığın önəmini vurğuladı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxış edərək, regional sülh və təhlükəsizlik mövzusu fonunda hərbi əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb. Dövlət başçısı beynəlxalq hüquq normalarının pozulduğu hazırkı geosiyasi çağırışlar dövründə Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin zəruri olduğunu bildirib. Prezident, təhlükəsizlik təmin edilmədən inkişafın qeyri-mümkünlüyünü qeyd edərək, ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsini önəmli amil adlandırıb. Bu çərçivədə, o, Türkiyə ilə dərin əməkdaşlığa toxunaraq, yalnız son bir ildə 25-dən çox birgə hərbi təlimin keçirildiyini qeyd edib. İlham Əliyev çıxışının sonunda 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
