İlham Əliyev türk dövlətlərinin nazirləri ilə görüş keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçılarını qəbul edib.
İki aydan sonra türk dövlətlərinin başçıları səviyyəsində Zirvə görüşünün keçiriləcəyini deyən Prezident İlham Əliyev görüşə böyük hazırlıq işləri getdiyini bildirib. Dövlət başçısı Türk dünyasının böyük bir ailə olduğunu deyib. Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatının layiqli yerini tuta bildiyini vurğulayıb. Əmin olduğunu bildirib ki, yaxın gələcəkdə təşkilatın dünyadakı mövqeyi və rolu daha da artacaq.
Prezident bildirib ki, Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
