İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev aprelin 7-də Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlət başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib.
Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlət başçısına çatdırmağı xahiş edib.
Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edilib.
Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirilib, bu xüsusda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunulub, təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
