Pleyeri seçin:

İlham Əliyev UN-HABITAT-ın sabiq icraçı direktoru Maimuna Mohd Şərifi qəbul etdi

17 noyabr 2024 475 baxış

Prezident İlham Əliyev Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şəriflə görüşüb.

Maimuna Mohd Şərif Prezident İlham Əliyevə COP29-da yerli icmalar statusunda Kuala-Lumpur şəhərinin meri kimi çıxış etməsinə yaradılan imkana və COP29-da Azərbaycanın sədrliyi yanında yaradılmış Məşvərət Şurasına daxil edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qonaq COP29-un yüksək səviyyədə təşkili ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Söhbət zamanı Maimuna Mohd Şərifin UN-HABITAT rəhbəri olduğu dövrdə Azərbaycanla bu qurum arasında əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olunub, ölkəmizin 2026-cı ildə BMT-nin ən vacib tədbirlərindən biri olan Dünya Urban Forumuna ev sahibliyi edəcəyi məmnunluqla vurğulanıb və buna hazırlıq prosesinin artıq başlanıldığı bildirilib.

Görüşdə Bakının və ölkəmizin digər şəhərlərinin inkişafı kontekstində Azərbaycanın urban planlaşdırma və urbanizasiya sahəsində nailiyyətləri xüsusilə qeyd olunub, işğaldan azad edilmiş ərazilərimizdə şəhərlərin və kəndlərin qurulması prosesindəki təcrübəsi vurğulanıb.

Söhbət zamanı Bakı və Kuala-Lumpur arasında əməkdaşlığın inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparılması məsələsinə toxunulub, Bakının və Kuala-Lumpurun qardaşlaşmış şəhərlər kimi əlaqələrinin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

Bütövlükdə, Azərbaycanla Malayziya arasında dost münasibətlərinin olduğu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədikləri qeyd edilib. Siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadiyyat, ticarət, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Banner
İlham Əliyev və ailə üzvləri rəssamın 80 illiyinə həsr olunan sərgi ilə tanış olublar - Baku TV

İlham Əliyev və ailə üzvləri rəssamın 80 illiyinə həsr olunan sərgi ilə tanış olublar - Baku TV

Siyasət
27 oktyabr 2026 475 baxış
Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM

Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM

Siyasət
27 oktyabr 2026 475 baxış
”Bu, beynəlxalq praktikada nadir olan hadisədir” | Bakı ədaləti necə bərpa etdi? - Baku TV

”Bu, beynəlxalq praktikada nadir olan hadisədir” | Bakı ədaləti necə bərpa etdi? - Baku TV

Siyasət
27 oktyabr 2026 475 baxış
TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV

TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV

Siyasət
27 oktyabr 2026 475 baxış
İlham Əliyev və Səlim bin Məhəmməd əl-Malik arasındakı görüşdə nələr müzakirə edildi? - Baku TV

İlham Əliyev və Səlim bin Məhəmməd əl-Malik arasındakı görüşdə nələr müzakirə edildi? - Baku TV

Siyasət
27 oktyabr 2026 475 baxış
“Kiminsə bizə nəsə diktə edə biləcəyi barədə fikirlər...” | Prezidentin mesajları “Haber Global”da

“Kiminsə bizə nəsə diktə edə biləcəyi barədə fikirlər...” | Prezidentin mesajları “Haber Global”da

Siyasət
27 oktyabr 2026 475 baxış
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nələr müzakirə olunur? - Baku TV

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nələr müzakirə olunur? - Baku TV

Siyasət
27 oktyabr 2026 475 baxış
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları birgə foto çəkdirdi - Baku TV

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları birgə foto çəkdirdi - Baku TV

Siyasət
27 oktyabr 2026 475 baxış
Prezidentdən sərəncam | Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi kim təyin edildi?

Prezidentdən sərəncam | Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi kim təyin edildi?

Siyasət
27 oktyabr 2026 475 baxış
“Biz çox fərəhlənirik ki, həmin dəyərləri əsrlərlə qoruyub saxlamışıq” | Prezident - Baku TV

“Biz çox fərəhlənirik ki, həmin dəyərləri əsrlərlə qoruyub saxlamışıq” | Prezident - Baku TV

Siyasət
27 oktyabr 2026 475 baxış
Seçilmişlər
icon