Pleyeri seçin:

İlham Əliyev və Estoniyanın yeni səfiri arasında mühüm müzakirə

15 oktyabr 2024 319 baxış

Prezident İlham Əliyev oktyabrın 14-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vayno Reynartın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ikitərəfli münasibətlərin gündəliyinin genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya sahələrində və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı yeni imkanların müəyyənləşdirilməsinin önəmini qeyd edib, bunun üçün yaxşı imkanların olduğunu deyib.

Azərbaycana səfir təyin olunmasından şərəf duyduğunu bildirən Vayno Reynart Bakıya budəfəki gəlişi zamanı paytaxtda gedən inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını deyib. O qeyd edib ki, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Estoniya ölkəmizlə əlaqələrə önəm verir.

Səfir vurğulayıb ki, Estoniya Azərbaycanın Ermənistanla sülh müqaviləsinə nail olunması istiqamətində səylərini məmnunluqla izləyir və bununla bağlı beynəlxalq səviyyədə göstərilən səyləri də dəstəkləyir.

İkitərəfli əlaqələrə toxunan Vayno Reynart əməkdaşlığımızın dərinləşdirilməsi baxımından böyük imkanların olduğunu deyib, xüsusilə iqtisadi sahədə əlaqələrin inkişaf edəcəyinə ümidvarlığını bildirib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 319 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 319 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 319 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 319 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 319 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 319 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 319 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 319 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 319 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 319 baxış
Seçilmişlər
icon