Pleyeri seçin:
İlham Əliyev və Mehriban Əliyeva Ağdərənin Həsənriz sakinləri ilə Novruz tonqalını alovlandırıblar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Sonra dövlət başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində də iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında da iştirak ediblər.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Baku TV
- Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV
- Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV
