İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan əməkdaşlıq məsələlərini müzakirə etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabidə keçirilən görüşlərdə aparılan müzakirələrdən məmnunluq ifadə olunub.
Ölkələrimiz arasında qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, mövcud siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi, müxtəlif sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlər həyata keçirdikləri vurğulanıb.
Dövlət başçıları ikitərəfli və regional gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
#Birləşmiş Ərəb Əmirlikləri teqi istifadə olunub
- Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı | Müdafiə Nazirliyindən vacib məlumat - Baku TV CANLI
- Netanyahunun bir neçə saatlıq səfəri niyə diqqət çəkir?
- Netanyahu özəl təyyarə ilə Əbu-Dabiyə getdi: görüş niyə açıqlanmadı? - Baku TV
- Əvvəlcədən açıqlanmayan səfərdə BƏƏ Prezidenti ilə nə müzakirə olunub? - Baku TV CANLI
- Azərbaycan və BƏƏ arasında mühüm sənədlər imzalandı - Baku TV
