Pleyeri seçin:

İlham Əliyev və xanımı "Sea Breeze" istirahət mərkəzinin ərazisindəki layihələrlə tanış olublar

18 aprel 2025 821 baxış

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.

“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov əvvəlcə dövlət başçısına və birinci xanıma “Sea Breeze”də istismara verilmiş “Park Residences 2” layihəsi barədə məlumat verib.

Bildirilib ki, bu layihə çərçivəsində 1260 mənzildən ibarət yeddimərtəbəli 10 bina tikilib. Sakinlərin rahatlığını təmin etmək üçün burada müasir infrastruktur − hovuzlar, istirahət zonaları nəzərdə tutulub, həmçinin ərazidə geniş yaşıllaşdırılma işləri həyata keçirilib.

Ölkəmizdə keçirilən COP29 çərçivəsində “Sea Breeze” ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki, onlardan da çoxu məhz “Park Residences 2” layihəsinin binalarında yerləşib.

Sonra Prezident İlham Əliyevə “Sea Breeze”in ümumi baş planı və həyata keçirilmiş layihələr barədə məlumat verilib. Qeyd olunub ki, kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlak obyekti tikilib.

İstirahət mərkəzində sakinlər və qonaqlar üçün yüksək səviyyədə rahat şərait yaratmaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə açıq və qapalı hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılıb. Burada məktəb, uşaq bağçası və xəstəxana da var.

Abadlıq işlərinə xüsusi diqqət yetirilib, 10 milyona yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara çatdırılıb.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 821 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 821 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 821 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 821 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 821 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 821 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 821 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 821 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 821 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 821 baxış
Seçilmişlər
icon