İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev yanvarın 30-da Yunanıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria K.Papakonstantinusu qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə COP29 çərçivəsində ölkəmizdə, ötən ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, həmçinin digər beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb, həmin görüşlər əsnasında ikitərəfli əlaqələrimizin müxtəlif aspektləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb, bu dialoqun münasibətlərimizin inkişafı üçün çox önəmli olduğunu deyib.
Ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən bu gün qlobal təhlükəsizlikdə mühüm amil olan enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiklərini deyən Azərbaycan Prezidenti gələcəkdə biznes nümayəndələri arasında daha çox təmasların olacağına, qarşılıqlı investisiya qoyuluşunun həyata keçiriləcəyinə, tərəfdaşlığımızın inkişaf etdirilməsində hər iki ölkənin səfirinin vacib rol oynayacaqlarına ümidvarlığını bildirib.
Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
