İlham Əliyevdən növbəti humanist addım
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin hər il imzaladığı əfv sərəncamları onlarla, bəzən isə yüzlərlə məhbus ailələrini sevindirir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə də humanizm prinsiplərini üstün tutan dövlət başçısı bir sıra məhkumların əfv olunmasına dair növbəti sərəncam imzalayıb. Sərəncam rekord sayda məhkuma şamil edilib. Bu addım ölkə rəhbərinin humanist dəyərlərə sadiq olduğunu bir daha göstərir.
Dövlət başçısının növbəti humanist addımı bütün ölkə vətəndaşlarının, o cümlədən məhbusların hüquqları və sosial təminatı ilə bağlı mövqeyini ortaya qoyur. Çünki Azərbaycan xalqının rifahı, sosial vəziyyətinin yaxşılaşdırılması və hüquqlarının qorunması İlham Əliyevin sosial siyasətinin prioritetlərindəndir.
Qeyd edək ki, budəfəki sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə Azərbaycan tarixində qəbul edilən ən böyük əfv aktıdır. Sərəncama əsasən, 801 nəfər məhkum azadlığa qovuşacaq və ya cəzası yüngülləşdiriləcək.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
