Pleyeri seçin:

İlham Əliyevə zəng edən Şarl Mişel nəyi xahiş etdi?

09 fevral 2024 254 baxış

ATƏT-in Baş katibi Helqa Maria Şmid Prezident İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib və yeni səlahiyyət müddətində müvəffəqiyyətlər arzulayıb.

Baş katib təbrik məktubunda daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyəti davam etdirməyi səbirsizliklə gözlədiyini bildirib.

O, məktubunda qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı Prezident İlham Əliyevi yenidən görmək və təbriklərini şəxsən çatdırmaq fürsətinə malik olacağına ümid etdiyini deyib.

Azərbaycan və ATƏT arasında mövcud olan uzunmüddətli əməkdaşlığın qarşıdakı aylar ərzində inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcəyinə inandığını vurğulayıb.

Prezident İlham Əliyevi təbrik edənlər arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də var. Azərbaycan dövlət başçısına zəng edən Mişel yeni mandatın icrasında ölkə başçısına uğurlar arzulayıb.

Telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Şarl Mişel nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini vurğulayıb. Tərəflər COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunublar.

Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib.

Dövlət başçısı Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib.

Söhbət zamanı Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası və Ermənistanın baş nazirinin aparatı arasında dekabrın 7-də ikitərəfli əsasda qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu vurğulanıb.

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 254 baxış
"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 254 baxış
"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 254 baxış
Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Siyasət
01 avqust 2026 254 baxış
Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Siyasət
01 avqust 2026 254 baxış
Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Siyasət
01 avqust 2026 254 baxış
Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Siyasət
01 avqust 2026 254 baxış
Azərbaycan-Qırğızıstan tərəfdaşlığı yeni mərhələdə - Baku TV

Azərbaycan-Qırğızıstan tərəfdaşlığı yeni mərhələdə - Baku TV

Siyasət
31 iyul 2026 254 baxış
Strateji tərəfdaşlığımızın inkişafına mane olacaq heç nə yoxdur | Sadır Japarov - Baku TV

Strateji tərəfdaşlığımızın inkişafına mane olacaq heç nə yoxdur | Sadır Japarov - Baku TV

Siyasət
31 iyul 2026 254 baxış
Çolpon-Ata bəyannaməsi qəbul olundu - Baku TV

Çolpon-Ata bəyannaməsi qəbul olundu - Baku TV

Siyasət
31 iyul 2026 254 baxış
Seçilmişlər
icon