Pleyeri seçin:

İlham Əliyevin Ağdərə və Tərtərə etdiyi səfərdən görüntülər - Baku TV

13 yanvar 2026 652 baxış

Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin zavodun həyətində ucaldılan büstü önünə gül dəstəsi qoyub.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev müəssisədə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal ediləcək müəssisədə bir sıra qabaqcıl dövlətlərdən alınmış müasir, yüksək dəqiqlikli texnoloji avadanlıqlar quraşdırılıb. Texnoloji xətlərin layihələndirilməsi, istehsal axınlarının qurulması və seriyalı istehsala uyğunlaşma “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin yerli mütəxəssisləri tərəfindən icra edilib.

Hazırda istehsal proseslərinin milli hərbi-texniki normalara, beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması həyata keçirilir. Bu məqsədlə keyfiyyətə nəzarət laboratoriyası yaradılıb.

Zavodun ərazisində genişmiqyaslı tikinti və yenidənqurma işləri həyata keçirilib, yeni istehsalat binaları və sahələri, həmçinin köməkçi binalar istifadəyə verilib. Mövcud tikililərdə yenidənqurma işləri aparılıb, texnoloji prosesin tələblərinə uyğun olaraq ballistik və resurs sınaqları üçün xüsusi poliqonlar yaradılıb.

Prezident İlham Əliyev Ağdərə rayonunun Çapar kəndində görülən işlərlə də tanış olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına kənddə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə qayıdıb.

Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkib və yaşayış şəraiti ilə maraqlanıb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 652 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 652 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 652 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 652 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 652 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 652 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 652 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 652 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 652 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 652 baxış
Seçilmişlər
icon