İlham Əliyevin Litvanın Baş naziri ilə görüşü
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevin Litvanın Baş naziri xanım İnqrida Şimonite ilə görüşü olub.
Görüşdə Azərbaycanla Litva arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Baş nazir Litvanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələrində fəal rol oynadığını xüsusi qeyd edib, Litvanın bundan sonra da bu sahədə əməkdaşlığa hazır olduğunu bildirib.
Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb və bu sahədə böyük potensialın olduğu vurğulanıb. Xüsusilə investisiyalar, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqları prosesi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması üzrə beş prinsip təqdim olunub və Azərbaycan bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib.
Söhbət əsnasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən Brüssel sülh prosesinin əhəmiyyəti vurğulanıb. Litvanın Baş naziri ölkəsinin Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasını dəstəklədiyini qeyd edib. O, nəqliyyat dəhlizlərinin açılması məsələsində Litvanın ərazisindən keçən və Rusiya ilə Kalininqradı birləşdirən tranzit dəhlizi layihəsi üzrə öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
