İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 22-də Vilnüsdəki Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litva Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Sonra Azərbaycanın və Litvanın Dövlət himnləri səsləndirilib. Daha sonra İlham Əliyev və Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Litva nümayəndə heyəti Azərbaycan Prezidentinə və birinci xanım Mehriban Əliyevaya, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Litva Prezidentinə və xanımı Diana Nausedieneyə təqdim olunub. Sonra birgə foto çəkdirilib. Daha sonra İlham Əliyev və Mehriban Əliyeva xatirə kitabını imzalayıblar.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
