İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 21-də Prezident İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.
Arıçılıq Kəlbəcər əhalisinin əsas məşğulluq sahələrindən biri olub və bu peşə nəsildən-nəslə ötürülərək bu günə qədər qorunub saxlanılıb.
Bu sahədə uzun illər fəaliyyət göstərən Sabir Mustafayevin ailə təsərrüfatı bunun bariz nümunələrindəndir.
2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı bu təsərrüfata baş çəkməsi və Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaradıb.
Bu diqqətin davamı olaraq Kəlbəcər şəhərinin mərkəzində “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” fəaliyyətə başlayıb. Burada bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur.
Gələcəkdə bu məhsulların “Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır.
Açılışdan sonra Prezident İlham Əliyev Sabir Mustafayevlə söhbət edib.
Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini də qoyub. Yaşayış kompleksinin ümumi ərazisi 7,6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
