İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdə “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyasında
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.
“AzərEnerji” ASC-nin sədri Baba Rzayev dövlət başçısına və birinci xanıma stansiyalar barədə məlumat verib.
8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8 meqavatlıq “Nadirxanlı” stansiyalarını su ilə təmin etmək üçün Lev çayının Tərtər çayına qovuşmasından sonra baş suqəbuledici, eyni zamanda Tutqu çayının Tərtər çayına qovuşan hissəsində ikinci suqəbuledici yaradılıb.
Kaskad su elektrik stansiyaları silsiləsinə daxil olan bu stansiyalar üçün çətin relyefdə ümumilikdə 9300 metr uzunluğunda derivasiya borusu çəkilib. Burada istehsal edilən ekoloji təmiz “yaşıl enerji” ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq.
“Çaykənd” kiçik su elektrik stansiyasının isə gücü 5 meqavatdır. Bu, “AzərEnerji” tərəfindən Kəlbəcərdə istismara verilən sayca on birinci “yaşıl enerji” obyektidir.
Stansiya ölkənin ən böyük bol sulu çaylarından birinin – Tərtər çayının üzərində yeni yaradılmış baş suqəbuledicidən 8500 metrlik derivasiya borusu ilə gələn su ilə təchiz olunur.
Təxminən 7 min nəfəri ekoloji təmiz “yaşıl enerji” ilə təmin edəcək stansiyada “ətraf mühitə dost texnologiyalar” tətbiq ediləcək. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması ilə yanaşı, stansiyaya Bakıdan nəzarət etmək də mümkün olacaq.
Stansiyada il ərzində 15 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 3,2 milyon kubmetr təbii qaza qənaət edilməsi və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulur. Burada 4 nəfər Kəlbəcər sakini işlə təmin olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
