Pleyeri seçin:
İlk dəfə bütün Azərbaycan ərazisində səsvermə keçiriləcək
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
O bildirib ki, 2024-cü ilin fevralın 7-də təşkil ediləcək növbədənkənar prezident seçkiləri bu reallıqları təsbit edir: “Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində keçiriləcək. Növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar”.
Kopyalandı
#Sahibə Qafarova teqi istifadə olunub
- Bakıdan islam dünyasına hansı mesajlar verildi? | Tərəflər razılığa yaxınlaşır? - YENİ BİR SƏHƏR
- İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı toplandı - Baku TV
- Sahibə Qafarova İqor Sergeyenko ilə görüşdü - Baku TV
- Bakı İrəvan və Moskva ilə əlaqələri balanslı şəkildə inkişaf etdirir
- Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda bir araya gəldi - Baku TV CANLI
