Pleyeri seçin:

İndiki Ermənistanın tədqiq olunmuş türk mənşəli yer-yurd adları | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

17 iyul 2024 403 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində "Abana, Abaran, Abasadzor və Abaran çayı – türk tarixinin izi" adlı silsilə süjetlər hazırlanıb.

Süjetlər indiki Ermənistan adlanan ərazidə ermənilər tərəfindən adı dəyişdirilib izi itirilən toponimlərə, oykonimlərə, oronim və hidronimlərə həsr olunur.

Məqsəd qədim oğuz yurdunda tədqiq olunmuş türk mənşəli yer-yurd adlarını, xalqın soykökünü yaşadan, ən xırda cizgilərini özündə qoruyan toponimləri əlifba sırası ilə tarixi-linqvistik baxımdan tədqiq edərək ardıcıl və statistik şəkildə geniş ictimaiyyətə və gələcək nəsillərə çatdırmaqdır.

Bugünkü buraxılışda Abana, Abaran, Abasadzor toponimləri və Abaran çayı hidronimi haqqında söz açılır. Bildirilir ki, ABANA İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Keşişkənd, dəyişdirilmiş adı Yeğeqnadzor rayonu ərazisində kənd olub.

Toponim eradan əvvəl qarqarlarla birlikdə Qafqaza – Albaniyaya gələn və "t" sammiti ixtisar edilən abant etnonimi əsasında əmələ gəlib. 1840-1850-ci illərdə kənd ləğv edilib və indi ölü kənd kimi tarixə düşüb.

ABARAN – İrəvan xanlığında mahal, indiki Ermənistanda inzibati rayon olub. Toponim apar türk etnoniminə cəmlik bildirən - an şəkilçisinin qoşulması ilə əmələ gəlib "aparların – avarların yaşadığı yer" mənasını ifadə edir. Erməni mənbələrində Aparan formasında qeyd edilib.

ABASADZOR – Karvansaray, indiki İcevan rayonu ərazisində kənd olub. Adı ilk dəfə 13-cü əsrə aid əsərlərdə çəkilir. Toponim Abas şəxs adı əsasında əmələ gəlib.

ABARAN ÇAYI – İrəvan quberniyasının Eçmiədzin qəzasında, Abaran rayonunda çay adıdır. Uzunluğu 98 kilometr təşkil edir və bu hidronim apar/avar türk tayfasının adını əks etdirən etnohidronimdir.

Banner
“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

Siyasət
09 noyabr 2026 403 baxış
ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

Siyasət
09 noyabr 2026 403 baxış
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 403 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 403 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 403 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 403 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 403 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 403 baxış
Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Siyasət
09 noyabr 2026 403 baxış
Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Siyasət
09 noyabr 2026 403 baxış
Seçilmişlər
icon