Pleyeri seçin:

İran Azərbaycanla gərginliyi yenidən alovlandırır? - Siyasi şərhçidən açıqlama

08 aprel 2024 113 baxış

Azərbaycanla İran arasında müxtəlif dövrlərdə müşahidə edilən gərginlik özünü Vətən müharibəsindən sonra daha qabarıq şəkildə büruzə verməyə başlayıb.

Buna baxmayaraq, hər dəfə məhz Bakının təşəbbüsü ilə münasibətlərin bərpası istiqamətində müəyyən addımlar atılıb, ölkəmiz sabitliyin təşviq edilməsi üçün üzərinə düşəni edib. Lakin rəsmi Tehran bunun əksinə, Ermənistana hərbi-siyasi dəstək verməklə gərginlik ocaqlarını yenidən alovlandırıb.

İranın öz ənənəvi siyasətindən əl çəkmədiyini indi də rəsmi şəxslərin timsalında görürük. İranın gah deputatları vasitəsilə Azərbaycanda terror aktına çağırış edilir, gah da Ermənistana silah daşınması ilə bağlı xəbərləri təkzib etməməklə təzyiq və təhdid ritorikası formalaşdırmağa səy göstərilir.

Maraqlıdır ki, bu gün regionda İran əleyhinə ən təhlükəli addımları qırmızı xətti adlandırdığı Ermənistan atır. Rəsmi İrəvanın dəvəti ilə Qərb təsisatları sərhədə yerləşir, Tehran tərəfindən düşmən adlandırılan Birləşmiş Ştatlar və ya Fransa kimi ölkələr bölgəyə cəlb edilir.

İran isə potensial təhlükəyə nəinki səssiz yanaşır, üstəlik, özünü zəhərləyəcək ilanı bəsləməyə davam edir. Bu isə ilk növbədə regional təhlükəsizliyə təhdid yaradır.

Azərbaycanın konstruktiv mövqe nümayiş etdirməsi fonunda İranın əksini göstərməsi Tehran rejiminin sabitlikdə deyil, gərginlikdə maraqlı olduğunu göstərir. Halbuki ikitərəfli münasibətlərin normal məcrada inkişafı hər iki xalqın maraqlarına daha çox xidmət edə bilər. Lakin görünən odur ki, İrandakı bəzi dairələr bu düşüncənin əksinə hərəkət etməyi daha məqbul hesab edir.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 113 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 113 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 113 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 113 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 113 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 113 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 113 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 113 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 113 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 113 baxış
Seçilmişlər
icon