İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli azad edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli azad edilib və Azərbaycana qaytarılıb.
Azərbaycan Xarici İşlər Naziriliyi və Dövlət Təhlükəsizliyi Xidməti bu barədə birgə məlumat yayıb.
Xəbərə əsasən, Prezidentin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İranda saxlanılmış Fərid Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İrandan təhvil alınaraq Azərbaycana qaytarılıb.
Məlumata görə, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Qeyd edək ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli 2023-cü il fevralın 20-də İrana səfərə gedib. Martın 4-dən etibarən onunla əlaqə kəsilib. Sonradan onun həbs olunması barədə məlumatlar yayılıb.
#İran teqi istifadə olunub
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- İran ballistik raketlərinin uçuş məsafəsinə qoyulan limiti ləğv etdi
- Tehrandan strateji mesaj: İran nəyə hazırlaşır? - Baku TV CANLI
- Yeraltı komplekslər İranın hərbi istehsalını hücumlardan necə qoruyacaq? - Baku TV CANLI
