İranda Zəngəzur dəhlizi ilə bağlı müəmmalı müzakirə | Nələr təhrif edildi?
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Tərfəin “Zəngəzur dəhlizinin hüquqi, siyasi, iqtisadi və geosiyasi aspektlərinə baxış” adlı tədbirdə çıxış edib. Çıxışdan bir hissə “Ekoiran” saytında yer alıb.
İran rəsmisi iddia edib ki, Zəngəzur dəhlizi termin kimi 2020-ci ildə müharibə zamanı ortaya atılıb.
O, çıxışında bir an Zəngəzur əyalətinin Azərbaycana aid olmasını təhtəlşüuri olaraq dilə gətirsə də, daha sonra bu ifadəsini dəyişib və bölgənin Ermənistana məxsus olduğunu bildirib.
“Azərbaycan hərbi qüvvələri Zəngəzur bölgəsinə girməyə və oranı “işğal etməyə” çalışıb, ancaq İran bunun qarşısını alıb və Azərbaycan öz məqsədinə çata bilməyib”, – Əmin Tərfəin saxtakarlıqla iddia edib.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
