İranın 743 səhifəlik Şiə xəritəsi | Türkiyə qəzetindən iddia
Yeniliklərdən dərhal xəbərdar olun
İran addım-addım “şiə hilalı” planını həyata keçirməyə çalışır. Bu məqsədlə “şiə xəritəsi” belə hazırlayıb. Bu barədə “Türkiyə” qəzeti yazıb.
Qəzet qeyd edir ki, 743 səhifəlik “şiə xəritəsi”ndə Türkiyə və Azərbaycanın mədəni, siyasi, coğrafi, ticarət, dil, iqtisadi, məzhəb-inanc məsələləri, bir sözlə, hər şey detallı şəkildə əksini tapır:
“Misal üçün, Türkiyədə nuseyrilər kimi bəzi qrupların İranın potensial müdafiəçisi olduğu fikirləri yer alır. İran Baş Qərargahının hazırladığı xəritənin altındakı imza Rəsul Cəfərianındır. Tehran Universitetinin Tarix fakültəsində professor olan Cəfərian “şiə xəritəsi”nə görə bir çox mükafat alıb”.
Məqalədə bildirilir ki, Tehranda “şiə hilalı” planı üçün 5 min nəfərlik qrup işləyir.
“Dini liderin rəhbərliyi altında çalışırlar. Bu məqsədlə gizli qrup fəaliyyət göstərir. Layihə 1979-cu il inqilabından sonra dövriyəyə daxil edilib. Livan, İraq, Suriya və Yəməndə istədiklərini əldə ediblər, amma əsas hədəfləri Türkiyə və Azərbaycandır”, – qəzet yazır.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
