İranın gücü çatırsa, ABŞ-dəki İsrail səfirliyini bombalasın | Deputat
Yeniliklərdən dərhal xəbərdar olun
“Son günlər Ermənistan Azərbaycanla sərhədə qoşun yığır. Məni bu məsələdə narahat edən İranın susqunluğudur”.
Bunu Milli Məclisin aprelin 5-də keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputatın sözlərinə görə, İran müharibə dövründə deyirdi ki, Zəngəzura girmək olmaz:
“Sərhəddə Avropa İttifaqı müşahidə missiyası var, amma İran vasitəsilə Ermənistana silah daşınır. İran bəs niyə susur? Bəs İran bilmir ki, bu silahlar Azərbaycan yox, İran üçün yığılır?
İran parlamentində həpəndin biri deyir ki, Azərbaycandakı İsrail səfirliyini bombalamaq lazımdır. İsrailin 150-dən artıq ölkədə səfirliyi var, niyə gözünüz Azərbaycandakı səfirliyi görür? İranın gücü çatır, ABŞ-dəki İsrail səfirliyini bombalasın, Rusiyadakı, ərəb ölkələrindəkini bombalasın. Niyə Azərbaycan?”.
#Milli Məclis teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
