“İranın qeyd-şərt qoyması...” | Azərbaycan XİN-dən iddialara sərt reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
“İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məsələni şərh edərkən belə deyib.
“İran İslam Respublikasının səfirinin diqqətinə çatdırırıq ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib.
Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər.
Həqiqət budur ki, İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir. İran da daxil olmaqla həmin dövlətlərin hamısı iyunun 21-22-də İstanbulda keçirilən İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda qəbul edilən “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə və İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib. Eləcə də Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb.
Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilən Bəyannaməsinə istinadı ehtiva edir. Bununla əlaqədar İran səfirinin Ermənistanın “Armenpress” agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil”, – deyə şərhdə bildirilib.
#İran teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
