İrəvan revanşist addımlarını gücləndirib
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhəddinə gəlməsindən sonra bu ölkə revanşist addımlarını daha da gücləndirib. Missiyanın gəlişindən sonra artıq neçənci dəfədir ki, İrəvan ənənəvi pozucu davranışlarını təkrarlayır.
Ermənistanın hazırkı davranışı onu göstərir ki, bu ölkə sanki İttifaqın gücünü hiss edərək, Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən yeni təxribata əl atıb.
Təbii ki, hazırkı insidentə görə Ermənistanla yanaşı, Avropa İttifaqı da birbaşa məsuliyyət daşıyır. Çünki Azərbaycan daha əvvəl də bəyan etmişdi ki, İrəvan onun çətiri altında gizlənərək yeni təxribatlara rəvac verəcək.
Görünən odur ki, Ermənistan regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Əksinə, yeni forpostları ilə birgə gərginliyi artırmağa daha çox meyllidir. Bu isə regionda münasibətlərin normallaşmasına ciddi təhdid yaradır.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
