İrəvan və Aİ-nin açıqlaması toqquşdu | Ermənilər müharibəyə hazırlaşır?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika cəmlədiyini əks etdirən görüntülər bu ölkənin mənfur niyyətini bir daha ortaya qoyub.
Maraqlıdır ki, Ermənistanın Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verərək görüntülərin döyüş hazırlığı ilə bağlı deyil, təlimlə əlaqədar olduğunu desə də, Avropa İttifaqının bu ölkədəki müşahidə missiyası, ümumiyyətlə, bunun tam əksinə açıqlama verib və heç bir qoşundan, hərbi texnikadan söhbət getmədiyini bildirib. Dolayısı ilə növbəti dəfə Ermənistanın hamisi rolunda çıxış edib.
Nəzərə alsaq ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda yerləşdirilməsinin əsas təşəbbüskarı Fransa olub, deməli, ittifaq regionda Fransanın maraqlarını həyata keçirir.
Halbuki rəsmi Parisin Cənubi Qafqaz maraqları sülhə deyil, yeni gərginlik ocaqları yaratmağa hesablanıb. Elə bunun nəticəsidir ki, qurumun Ermənistandakı missiyası təxribata hazırlıq cəhdinə ərazidə qeyri-adi proses müşahidə olunmadığını deməklə don geyindirib.
Təbii ki, Ermənistanın təxribata hazırlıq cəhdi bu ölkənin sülhə olan münasibətini göstərir və vəziyyəti gərginləşdirməyə xidmət edir. Bunun arxasında isə Ermənistanla yanaşı, həm də bu ölkəni əlində alətə çevirən Fransa və Avropa İttifaqı kimi tərəfdaşları dayanır. Deməli, baş verə biləcək istənilən gərginliyin məsuliyyəti də İrəvanla yanaşı, həm də ona dəstək verən qüvvələrin üzərinə düşür.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
