İrəvan və Ankara arasında görüş razılığı əldə olundu? - Ermənistan XİN-dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir. Qeyd edilib ki, hazırda iki ölkənin xüsusi nümayəndələri arasında görüşlə bağlı konkret razılaşmalar yoxdur.
Xarici siyasət idarəsi Ankaradan üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılması məsələsində də oxşar hazırlığı gözlədiyini vurğulayıb.
Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin edib. 2022-ci ilin iyulunda tərəflər arasında Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi və zəruri proseslərin başlanması barədə razılıq əldə olunub.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
