Pleyeri seçin:

İrəvan xanlığı Azərbaycanın suveren dövlətçilik tarixinin parçasıdır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

29 aprel 2024 787 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa olub.

O, Azərbaycan dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi, bir parçası sayılan İrəvan xanlığının yaranması, əhatə etdiyi torpaqlar, inzibati ərazi bölgüsü, idarəetmə sistemi barədə ətraflı məlumat verib.

Alim bildirib ki, hər bir dövlətdə olduğu kimi, İrəvan xanlığının da gerbi, bayrağı, mərkəz şəhəri olub. İrəvan xanlığının paytaxtı İrəvan qala-şəhərinin yaranması tarixindən söhbət açan N.Mustafa qeyd edib ki, 1502-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayılın qoşunları Qaraqoyunlu əmirləri üzərində qələbə çalaraq İrəvan da daxil olmaqla ətraf əraziləri ələ keçirib.

Şah İsmayıl 1509-10-cu ildə qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş verib. Yeddi ilə tikilən qala onu inşa etdirənin şərəfinə “Rəvan” adlandırılıb.

Tarixçi-alim deyib ki, 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra general Paskeviç İrəvan xanlığının ərazisinə 80 min kazakın köçürülməsi təşəbbüsünü irəli sürüb. Lakin o dövrdə vəziyyətdən istifadə edən ermənilər bunun qarşısını alıblar. Nəticədə regiona 120 mindən çox erməni köçürülüb ki, onlardan da 60 mini İrəvan quberniyasında məskunlaşdırılıb.

N.Mustafa deyib ki, İrəvan quberniyasında 1902-ci ildə mövcud olan 310-a yaxın məscid Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bir-birinin ardınca dağıdılıb. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilib, Zal xan məscidinin mədrəsəsi rəssamların sərgi salonuna çevrilib.

Hazırda Göy məscid İranın Ermənistandakı mədəniyyət mərkəzinə icarəyə verilib. Dəmirbulaq məscidi isə 1988-ci ildən sonra tamamilə dağıdılıb, onun yerində çoxmərtəbəli bina ucaldılıb. N.Mustafa söyləyib ki, erməni şovinist-millətçiləri İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən siliblər.

Alimin sözlərinə görə, 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə azərbaycanlılara məxsus bütün tarixi-memarlıq abidələri bir-birinin ardınca məqsədli şəkildə məhv edilib ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər.

Banner
“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

Siyasət
09 noyabr 2026 787 baxış
ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

Siyasət
09 noyabr 2026 787 baxış
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 787 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 787 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 787 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 787 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 787 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 787 baxış
Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Siyasət
09 noyabr 2026 787 baxış
Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Siyasət
09 noyabr 2026 787 baxış
Seçilmişlər
icon