Pleyeri seçin:

İrəvanın sülh prosesini uzatma məqsədi | Ermənistan nəyə hazırlıq görür?

29 noyabr 2024 637 baxış

Ermənistanın “Yerkrapa” terror təşkilatının başçısı, deputat Sasun Mikayelyan Azərbaycanla sərhəddə yerləşən mövqelərə gedib. Bu barədə yerli mediada reportaj hazırlanıb.

Qeyd edilib ki, Sasun Mikayelyan “Yerkrapa” batalyonlarının döyüş mövqelərinin dayaq məntəqələrinə ətraflı baxış keçirib. Hətta hərbçilərin döyüş hazırlıqları ilə maraqlanıb.

Maraq doğuran məqam S.Mikayelyanın sərhədə getmə səbəbidir? Görəsən, Ermənistan hansı döyüşə hazırlaşır?

Belə görünür ki, 44 günlük İkinci Qarabağ müharibəsində məğlub olan və bununla heç cür barışa bilməyən Ermənistan Ordusu yeni təxribatlara hazırlıq işləri görür.

Azərbaycan-Ermənistan münasibətlərində hazırda sülh sazişinin imzalanması istiqamətində işlərin getdiyi zamanda belə bir hazırlıq ondan xəbər verir ki, İrəvan prosesi uzadaraq vaxt qazanmağa çalışır.

Bu müddətdə sürətlə silahlanmaq, hərbi hazırlıqlar və digər ölkələrin nümayəndələrini Avropa İttifaqının “mülki missiyası”na cəlb etməklə gələcəkdə özünün təhlükəsizliyini NATO çətiri altında təmin etməyə hazırlaşır. Sülh sazişinin imzalanması ilə bağlı rəsmi İrəvan çoxsaylı bəyanatlar səsləndirsə də, reallıqda biz bunun əksini görürük.

Ermənistan xəbər portallarında yayımlanan videonun başlığında bildirilir ki, “Biz hər zaman düşmən ilə üz-üzə gəlməyə hazırıq”.

Əgər Baş nazir Nikol Paşinyanın sülh sazişi imzalamaq niyyəti varsa, nə üçün Silahlı Qüvvələrini sürətli şəkildə silahlandırır və ya nəyə hazırlıq görür? Ümumiyyətlə, hələ də Azərbaycana niyə düşmən gözü ilə baxırlar?

Qeyd edək ki, “Yerkrapa” Könüllülər Birliyi Azərbaycana qarşı müharibədə fəal iştirak edən terror təşkilatıdır. 2020-ci ildə Azərbaycanla 44 günlük müharibədə bu təşkilatın xeyli sayda üzvü ölüb və yaralanıb. Təşkilat 1993-cü ildə keçmiş müdafiə naziri Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılıb.

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 637 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 637 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 637 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 637 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 637 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 637 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 637 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 637 baxış
ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

Siyasət
21 sentyabr 2026 637 baxış
Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 637 baxış
Seçilmişlər
icon