İSESCO-nun nümayəndələri Qərbi Azərbaycan İcmasında olublar
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan İcmasında İSESCO-nun Sosial və Humanitar Elmlər Departamentinin direktoru Ramata Almamy Mbaye ilə görüş keçirilib.
Görüş zamanı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri deputat Məlahət İbrahımqızı qonaqlara son 200 ildə Qərbi Azərbaycanda soydaşlarımızın başlarına gələnlər, o cümlədən ötən əsr boyunca dörd dəfə öz ata-baba yurdlarından deportasiya edilmələri barədə məlumat verib.
Şura sədri Qərbi Azərbaycanda 300-dən çox məscidin, 500-ə yaxın qəbristanlıq və ziyarətgahların dağıdıldığını, yeganə yerlə yeksan olunmamış Göy Məscidin isə başqa millətə məxsusmuş kimi təqdim edildiyini söyləyib.
Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar Göyçə aşıq sənətinin, Qərbi Azərbaycan ədəbiyyatının, folklorunun, teatr sənətinin də sözügedən faciəli hadisələr nəticəsində dərin yaralar aldığını qonaqların diqqətinə çatdırıb.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
