İsrail İranın içinə bu cür girib | Klanlar arası mübarizə…
Yeniliklərdən dərhal xəbərdar olun
“Necə olur ki, İsrail İranın ən mötəbər qonağını Tehranın mərkəzində öldürə bilir? Təhlükəsizliyi təmin edə bilməyəcək qədər məhdud imkanların səbəbi nədir və bu haradan qaynaqlanır?”.
Bunu Baku TV-nin əməkdaşı, jurnalist Turan İbrahimov HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin sui-qəsd nəticəsində öldürülməsini şərh edərkən deyib.
O qeyd edib ki, İranda hazırda ciddi daxili proseslər gedir:
“İranda Xameneiyə sadiq bir neçə qrup var. Onları klan da adlandırırlar. Bu klanlar arasında mübarizə gedir. Xameneiyə sadiq olsalar da, aralarındakı düşmənlik elə bir həddə gəlib çatıb ki, onlar bir-birini Xameneinin gözündən salmaq üçün hətta xarici qüvvələrlə əməkdaşlıq edirlər. Bunun nəticəsində də şahidi olduğumuz hadisələr baş verir”.
#HƏMAS teqi istifadə olunub
- Netanyahu əvvəlcədən xəbərdarlıq alması barədə xəbərlərə aydınlıq gətirdi
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- “Nuxba” bölməsinin 4 komandiri öldürülüb
- Qəzzanın idarəçiliyi texnokrat hökumətə verilə bilər | HƏMAS kənarda qalacaq? - Baku TV CANLI
- Trampın post-müharibə planı icra edilir | HƏMAS razılaşmaya hazırdır? - Baku TV CANLI
