“İsraillə savaş vaxtında...” | Pezeşkiandan əks-səda yaradan iddialar barədə açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın hava məkanından İsrailin İrana qarşı hərbi məqsədlərlə istifadə etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
M.Pezeşkian bu iddiaların İranın rəsmi orqanları tərəfindən təsdiq olunmadığını vurğulayıb.
“Bəzi şayiələrin əksinə olaraq qonşularla “sionist rejim” arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik orqanları tərəfindən təsdiqini tapmayıb”, ‒ deyə İran Prezidenti bildirib.
M.Pezeşkian əlavə edib ki, əksinə, bəzi ölkələr İrana yardım etməyə hazır olduqlarını bildirib.
Xatırladaq ki, bundan öncə İranın media qurumları və ekspertləri İsrailin İrana zərbələr endirmək üçün region ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə etdiyini iddia ediblər.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
